Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 14:04
Feysbuk sosial şəbəkə platforması ABŞ-ın hazırkı Prezidenti Donald Trampın paylaşımlarını məhdudlaşdırıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət Tampın Konqresə hücumla əlaqədar postlarına görə hesabını 24 saat blokladığını açıqlayıb.
İnstagram paylaşım platforması da dövlət başçısının profilinə 24 saatlıq paylaşım qadağası tətbiq edib.
Tvitter-də şiddət və qayda pozuntuları təhdidləri davam edərsə, Trampın hesabının silinəcəyi ifadə edilib. Xəbərdarlıq kimi hesabının 12 saatlıq bloklandığı qeyd olunub.