Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müahirəbənin başlamasını bilirdik, artilleriya səsləri yaxınlaşırdı - Dilqəm Əsgərov

Müahirəbənin başlamasını bilirdik, artilleriya səsləri yaxınlaşırdı - Dilqəm Əsgərov

Tarix: 7 Yanvar 2021 14:24

Bakı. Samir Əli - Trend:

Biz orada müahirəbənin başlamasını bilirdik. Artilleriya səsləri yaxınlaşırdı.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında erməni girovluğunda azad edilən Dilqəm Əsgərov deyib.

O bildirib ki, bir neçə gün sonra məlum oldu ki, əsgərlər Şuşaya daxil olub: "Dərhal bizi maşına mindirib Şuşadan Gorusa apardılar. Bizimlə birlikdə bir azərbaycanlı əsir də apardılar. Amma sonradan yoxa çıxardılar onu. Mənə badalaq verib yıxdılar, təpiklədilər. Sonra apardılar Yerevana. Yerevanda bir qrup mənim paltarlarımı soyundurdular başıma sellofan torba salıb boğurdular. Ordan Yerevan türməsində apardılar. Türmə rəisi bizimlə söhbət edəndə dedi ki, guya burda hamı eyni şəraitdə saxlanıldı. Sonradan nəzarətçilər gəldilər qapını qaynaqladılar. Yalnız nəfəslik açıq qalırdı. Həmin şəxslər nəfəslikdən bizi söyürdülər. Bizi sonra yenidən qaytardılar Gorusa. Bir neçə gün qalandan sonra bizi ruslara təhvil verdilər və Bakıya göndərdilər".


Etiketlər:  Müahirəbənin başlamasını bilirdik artilleriya səsləri yaxınlaşırdı Dilqəm Əsgərov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ