Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni “Samsung” noutbukları “OLED” ekranlarla təchiz ediləcək - VİDEO

Yeni “Samsung” noutbukları “OLED” ekranlarla təchiz ediləcək - VİDEO

Tarix: 7 Yanvar 2021 22:16

"Samsung Display" şirkəti "CES 2021" beynəlxalq istehlak elektronikası sərgisi ərəfəsində "OLED" ekranlı yeni noutbuklar seriyasının əsas üstünlüklərini nümayiş etdirən videoçarx dərc edib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, "OLED" displeyləri kinematoqrafiya səviyyəli görüntünü realistik rəng çaları ilə nümayiş etdirir. Qeyd olunur ki, "DCI-P3" rəng məkanı 120 faiz əhatə olunur, "HDR" standartı dəstəklənir, parlaqlıq xeyli artırılıb və əsas rəng spektri - yaşıl, mavi və qırmızı maksimum dəqiqliklə göstərilir.

Üzvi işıq diodları əsasında "OLED" matrisalardan istifadə sayəsində şirkət qara rəngi realistik göstərməyə nail olub: piksellərin söndürülmə zamanı parlaqlığı 0.0005 kandel/kvadratmetr təşkil edir. Bundan başqa, "Samsung" displeylərinin kontrastlıq əmsalı isə 1 000 000:1-ə bərabərdir. Həmçinin bildirilir ki, günəş şüaları altında da ekran görüntüsünün keyfiyyəti itmir.

Yeni "Samsung" noutbukları haqqında daha ətraflı məlumatın yanvarın 6-da baş tutacaq "The First Look" adlı xüsusi tədbirdə təqdim ediləcəyi gözlənilir. Şirkət nümayəndələrinin sözlərinə görə, ilin ortalarında yeni nəsil matrisalarla təchiz ediləcək yeni noutbuk modelləri nümayiş olunacaq.


Etiketlər:  Yeni Samsung noutbukları OLED ekranlarla təchiz ediləcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ