Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bu aydan toylar keçirilə bilər? - AÇIQLAMA

Azərbaycanda bu aydan toylar keçirilə bilər? - AÇIQLAMA

Tarix: 8 Yanvar 2021 01:30

"Ölkədə tətbiq olunmuş sərt karantin rejimi sayəsində, koronavirusa gündəlik yoluxmaların sayında kifayət qədər azalmalara nail olunub. Ümumiyyətlə koronavirusdan qurtulmaq üçün kütləvi peyvəndlənmə aparılacaqdır. Kütləvi peyvəndlənməyə cari aydan başlanacaqdır. Düşünürəm ki, fevralın sonuna qədər bütün ölkədə peyvəndlənməni başa çatdırmaq mümkündür. Ümumi peyvəndlənmə bitəndən sonra 1-2 ay biz gözləməliyik ki, vurulmuş peyvəndlər təsirini göstərsin. Düşünürəm ki, koronavirus ölkəmizdə pandemiya səviyyəsindən çıxarsa may ayından tətbiq olunmuş bütün məhdudiyyətlərin ləğv edilməsinə şərait yaranar,o cümlədən toyların keçirilməsi də mümkün olacaqdır".

Sonxeber.net xəbər verir ki, bunu sonxeber.az-a açıqlamasında deputat Azər Badamov Azərbaycanda neçə müddətdir ki, keçirilməyən toylardan danışarkən deyib:

"Düzdür ikinci ildir ki, gənclərimiz toy edə bilmirlər. Bu da ailə həyatı qurmaq istəyən insanların gözləmə mövqeyində dayanmalarına gətirib çıxartdı. Bununla yanaşı bu dövürdə toy etmədən evlənən ailələr də az olmamışdır. Şərait onu göstərdi ki, toy mərasimləri təşkil etmədən də ailə qurub, xoşbəxt olmaq mümkündür. Ona görə də düşünrəm ki, ümumiyyətlə dəbdəbəli toy mərasimlərinin keçirilməsini bundan sonra adətimizdən çıxartmalıyıq. İnsanlar üçün nə yaxşıdırsa, onu da adət halına gətirməliyik. Çünki dəbdəbəli saraylarda edilən böyük toy məclislərindən ancaq şadlıq evləri qazanc götürürlər. Toy sahibi isə borc-xərc edib övladına toy edir. Sonra da illərlə toy üçün alınmış borcun altından çıxa bilmirlər.

Biz düşnməliyik ki, bu bizə lazımdırmı? Düşünürəm ki, lazım deyil. Gələcəkdə evlənəcək gənclər üçün ediləcək toy mərasimləri dar çərçivədə, özünün lap yaxın qohum-əqrabasını yığıb kiçik bir məclislə keçirsələr daha yaxşı olar.

Yəni, millət olaraq bizim üçün nə yaxşıdırsa, onu da adət etməliyik".


Etiketlər:  Azərbaycanda aydan toylar keçirilə bilər AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ