Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rejissor istəyirsə, qadın paltarı da geyinməlisən'' - Arif Quliyev

''Rejissor istəyirsə, qadın paltarı da geyinməlisən'' - Arif Quliyev

Tarix: 8 Yanvar 2021 15:05

"Çəkilən filmlərdə komediya obrazı olmadığı üçün məni dəvət etmirlər. Bir-iki serialda çəkildim, indi o da yoxdur. 2014-cü ildə sonuncu dəfə dövlət tərəfindən lentə alınan "Axırıncı dayanacaq" filmində çəkilmişəm. Özəl filmlərdə də olmuşam. Amma onlar da çox yaşamır".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Arif Quliyev "Həmin Zaur" proqramında deyib. Aktyor 7 ildir heç bir filmə çəkilmədini söyləyib.

A.Quliyev aparıcının "Bəzi aktyorlar deyir ki, qadın geyimi geyinib səhnəyə çıxmaram" sözlərinə "Aktyorsan, rejissor üstünə yazdığı rolu oynamalısan. Burada səni görürsə, geyinməlisən. Heç bir obraza etiraz etməmişəm. Obrazı rejissorun istədiyi səviyyədə və tamaşaçının qəbul edəcəyi formada oynamalıyam. İfa etmirəmsə, orada nə gəzirəm?" cavabını verib.


Etiketlər:  Rejissor istəyirsə qadın paltarı geyinməlisən Arif Quliyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ