Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 13:44
İşğaldan azad olunmuş ərazilərdə bərpa işləri çərçivəsində yol infarstrukturu da tamamilə yenidən qurulur. Füzuli-Şuşa yolundan sonra daha bir rayonumuz üçün yeni yol salınır. Bu yolda Murov dağı silsiləsinin altından tunellər də inşa ediləcək. Hazırlanan digər layihəyə əsasən, Laçın və Şuşaya cənub və şimal istiqamətlərindən rahat yollarla getmək mümkün olacaq.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Kəlbəcərə yeni yolun inşasına başlanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, yol Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq, Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın istiqamətlərinə nəzərdə tutulub.
Anar Nəcəflinin sözlərinə görə, Laçın və Şuşaya şimal və cənub istiqamətindən də rahat yollarla daxil olmaq mümkün olacaq. Bununla bağlı yeni layihə hazırlanır.
Qeyd edək ki, Kəlbəcərə çəkilən yeni yolun uzunluğu ümumilikdə 190 kilometrə yaxın olacaq.