Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İndoneziyada sərnişin təyyarəsi radarlardan itib

İndoneziyada sərnişin təyyarəsi radarlardan itib

Tarix: 9 Yanvar 2021 15:16

Bakı. Orxan Nəbiyev - Trend:

İndoneziyada "Sriwijaya Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə əlaqə itib.

Trend-in məlumatına görə, təyyarə paytaxt Cakartadan Borneo adasında yerləşən Pontianak şəhərinə uçuş həyata keçirirdi.

Təyyarə havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib.

Qeyd olunur ki, "Boeing 737-524" təyyarəsi sonuncu dəfə Yava dənizi üzərində, Yava adasının şimal sahilləri yaxınlığında radarlarda görünüb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.


Etiketlər:  İndoneziyada sərnişin təyyarəsi radarlardan itib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ