Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 17:33
Türkiyəli mütəxəssislər koronavirus səbəbilə bir ildir davam edən karantinin artıq çəkiyə səbəb olduğunu açıqlayıblar. Ekspertlər bildiriblər ki, bu müddət ərzindən xeyli insan artıq çəkidən əziyyət çəkməsi şikayəti ilə onlara müraciət edib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, mütəxəssislər insanlara karantin müddətində sağlam qidalanmaq və idmanla məşğul olmağı tövsiyə edirlər.
Belə ki, oturaq həyat tərzi diabet, ürək-damar, böyrək çatışmazlığı və təzyiq xəstəlikləri ilə yanaşı qarın ətrafında yağların toplanmasına səbəb olur.
Ekspertlər qeyd ediblər ki, COVID-19 pandemiyasına qarşı mübarizədə ən güclü silah immun sistemidir. Araşdırmalar nəticəsində düzgün qidalanma və fiziki aktivliyin immunitet sistemini gücləndirdiyi sübut olunub.
Bu səbəblə karantin müddətində gündə 1,5-2 litr su içməyin vacibliyini vurğulayan mütəxəssislər həddindən artıq duz, şəkər və doymuş yağlarla hazırlanan qidalardan uzaq olmağı tövsiyə edirlər.
Paralel olaraq alkoqol tərkibli içkilərin istehlakı da azaldılmalıdır. Bu dövrdə zeytun yağı və immunitet dərmanı Omega-3 yağının istehlakına diqqət yetirilməlidir. Həftədə iki dəfə sink və lif baxımından zəngin paxlalı qidaların istehlak edilməsi lazımdır. Qoz, fındıq, dənli taxıl, süd, qırmızı ət və balıq da istehlak oluna bilər. C vitamini də bu müddətdə infeksiyalara qarşı vacibdir. Meyvə və tərəvəzlər vitamin üçün əla mənbələrdir.