Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 21:14
Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb.
Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1971-ci il təvəllüdlü Ağayev Nəriman Rzaqulu oğlunun idarə etdiyi "QAZel" markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Sürücü hadisə yerində ölüb.
Sürücünün meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.