Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 20:40
Tesla rəsmi rəqəmlərə görə, 2020-ci ildə 499.550 avtomobil satıb. Bu da 2019-cu illə müqayisədə 36% artım deməkdir. Bununla da Elon Musk-ın beş il əvvəl planlaşdırdığı satış miqdarına çatmaq üçün sadəcə 450 avtomobil əskik olub.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət tərəfindən 2020-ci ildə 509.737 vasitə istehsal edildiyi açıqlanıb. Bu rəqəmə 2020-ci ilin son rübündə istehsal və satışı artıraraq nail olunub. Tesla ilin son rübündə 180.570 avtomobil sataraq öz rüb rekordunu qırıb və əvvəlki rüblə müqayisədə 30% çox satış edib. Model Y-nin istifadəyə verilməsi və Çində yeni zavodun açılışı da şirkətin istehsal və satış göstəricilərinin artmasına təsir göstərib.
Tesla üçün ildə 500.000 avtomobil istehsal edib satmaq, bir neçə il əvvələ qədər mümkünsüz bir məqsəd hesab olunurdu. Ancaq Elon Musk 2015-ci ildə verdiyi açıqlamada şirkətin 2020-ci ildə yarım milyon avtomobil istehsal edəcəyini təxmin etmişdi.