Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 22:40
Apple-ın USB-C şarj cihazlarındakı uyğunsuzluğun səbəbi müəyyənləşib. Məlum olub ki, 29W şarj cihazının 15W cihazı doldura bilməməsinin səbəbi bu iki cihaz arasında gərginlik və amper uyğunsuzluğudur.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, əksər istifadəçilər Apple-ın USB-C şarj alətlərinin cihazları doldura bilmədiyini deyirlər. Digər problem isə keçən il çıxan iPhone 11 ilə gələn şarj alətlərində müşahidə olunur. Məsələn, Apple-ın iPhone 11 ilə gələn 18W şarj aləti HomePod minini şarj edə bilməyib. Şirkət bu problemi keçən həftə yayımlanan proqram yeniləməsi ilə aradan qaldırıb.
Qeyd edək ki, Apple-ın şarj cihazlarında yaranan bu problemin səbəblərindən biri də USB-C Power Deliveryy (USB-C PD) kimi tanınan protokolun dəstəklənməməsidir.