Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2019 15:24
“Gartner” analitik şirkəti süni intellekt və kompüter təlimi sahəsində layihələrin sürətli inkişafını proqnozlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, hazırda süni intellekt və kompüter təlimi platformaları ilə işləyən təşkilat və şirkətlər müvafiq sahələrdə orta hesabla 4 layihə həyata keçirirlər. Ümumilikdə respondentlərin 59 faizi bu və ya digər şəkildə süni intellekt vasitələrini tətbiq etdiyini bildirib.
Növbəti il ərzində süni intellekti tətbiq edən təşkilatlar süni intellekt və kompüter təlimi texnologiyalarından istifadə etməklə altı layihə icra etmək niyyətindədirlər. Beləliklə, onların sayı 10-a çatacaq.
2021-ci ildə qeyd olunan göstəricinin 20-dək artacağı (cari illə müqayisədə 5 dəfə artım) gözlənilir. Proqnoza görə, 2022-ci ildə isə təşkilat və şirkətlər tərəfindən süni intellektlə əlaqədar layihələrin sayı 35-ə çatdırılacaq. Başqa sözlə, bu rəqəm cari illə müqayisədə 10 dəfə artacaq.
Süni intellekt və kompüter təlimi vasitələri bir çox adi əməliyyatların yerinə yetirilməsini avtomatlaşdırmağa, eləcə də yeni servis və müştəri platformalarının qurulmasını sürətləndirməyə imkan verir.
Nizam Nuriyev