Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şamaxıda şirkətdən oğurluq edən şəxs saxlanılıb

Şamaxıda şirkətdən oğurluq edən şəxs saxlanılıb

Tarix: 11 Yanvar 2021 11:36

Bakı. Samir Əli - Trend:

Şamaxı Rayon Polis Şöbəsinə Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) birinə məxsus elektrik kabellərinin rayonun Əngərxan kəndi ərazisindən oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Şamaxı şəhər sakini Vüqar Həsənov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oğurladığı kabellər və iki ədəd şüşə qabda ümumi çəkisi 31 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.


Etiketlər:  Şamaxıda şirkətdən oğurluq edən şəxs saxlanılıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ