Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 12:30
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Yəməndəki humanitar fəlakət barədə məlumat yayıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, BQXK Yəməndə hər üç yəmənlidən ikisinin təmiz su və tibbi xidmətə əlçatanlılığının olmaması barədə bildirib. COVID-19 təhlükəsinin kritik həddə çatdığı dönəmdə təmiz suya ehtiyacın daha böyük problemə çevrildiyi vurğulanıb. Su-kanalizasiya şəbəkələrinin bərbad vəziyyətdə olması müxtəlif infeksion xəstəliklərin yayılmasına da səbəb olur.
"Yəmən əhalisinin üçdə ikisi içməli suya möhtacdır" - BQXK-ın yaydığı məlumatda bildirilir.