Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İctimai şuranın üzvlüyünə dair keçiriləcək birgə səsvermə bağlı elan

İctimai şuranın üzvlüyünə dair keçiriləcək birgə səsvermə bağlı elan

Tarix: 11 Yanvar 2021 16:54

Vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın birgə yığıncağında (səsvermə) iştirak etmək istəyənlər 12.01.2021-ci il tarixindən 30.01.2021-ci il tarixinədək (iş günləri saat 10.00-dan 17.00-dək) Nazirlik yanında İctimai şuranın Seçki Komissiyasına müraciət edə bilərlər. (Sənədlər Nazirliyin Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinə təqdim edilməlidir. Ünvan: ƏƏSMN-nin inzibati binası, S.Əsgərova küç. 85)

Birgə yığıncaqda (səsvermə) hər bir vətəndaş cəmiyyəti institutundan bir nümayəndə iştirak edə bilər.

Səsvermədə iştirak üçün müraciətə (müraciətdə səsvermədə iştirak edəcək şəxsin əlaqə vasitələri, e-mail və digər zəruri məlumatları qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları aşağıdakı sənədləri əlavə etməlidir:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuraya seçkiylə bağlı birgə yığıncaq (səsvermə) 09.02.2021-ci il tarixində saat 10.00-dan - 15.00-dək Nazirlikdə (II mərtəbə, iclas zalı) keçiriləcək.

Şəffaflığın təmin edilməsi məqsədilə səsvermənin videoçəkilişi aparılacaq.

Milli.Az


Etiketlər:  İctimai şuranın üzvlüyünə dair keçiriləcək birgə səsvermə bağlı elan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ