Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 17:34
Şimali Makedoniyanın "Vardar" klubunun futbolçusu Boyan Naydenov karyerasını Azərbaycanda davam etdirə bilər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "sportmedia.mk" saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə "Səbail"in maraqlandığı bildirilib.
Makedoniyalı futbolçunun başqa klubların da hədəfində olduğu, lakin onun "Səbail"ə keçmək ehtimalının daha yüksək olduğu vurğulanıb.
Qeyd edək ki, ötən ilin avqustundan "Vardar"da çıxış edən Şimali Makedoniya millisinin sabiq üzvü ölkəsində "Horizont", "Rabotniçki", İranda "İstiqlal", Misirdə "Smuxa" və Albaniyada "Laçi"də oynayıb.