Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Litva Gürcüstanın adını dəyişdi

Litva Gürcüstanın adını dəyişdi

Tarix: 11 Yanvar 2021 19:04

Litvada rəsmi sənədlərdə Gürcüstan dövlətinin adı bundan sonra Sakartvelo adlandırılacaq.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Litva Dili Dövlət Komissiyasının sədri Audris Antanaitis açıqlama verib.

"Bu andan etibarən Sakartvelo rəsmi addır",- deyə Antanaitis qeyd edib.

Bildirilib ki, yenidən adlandırma qərarı iki il əvvəl verilib. O zaman Antanaitis, Gürcüstan yerinə ölkənin ikinci qeyri-rəsmi adı olan "Sakartvelo" adının istifadə edilməsini təklif etmişdi.

"Cəmiyyətin bu adı qəbul etmək istəyini görmək üçün keçid dövrü keçdi. Cəmiyyətdə qeyri-adi sürətlə kök saldığı göz qabağındadır. Bunun 20 ildə baş verəcəyini proqnozlaşdırmışdım, ancaq iki il çəkdi. Bu, həqiqətən gözlənilməz oldu",- deyə sədr sözlərinə əlavə edib.

Qeyd edək ki, komissiya 21 dekabr 2020-ci ildə dövlətlərin rəsmi adlarını təyin edən sənəddən "Gruzija" sözünü çıxarıb.


Etiketlər:  Litva Gürcüstanın adını dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ