Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 19:10
Koronavirusun mutasiyaya uğrayan variantı Meksikaya da çatıb.
Sonxeber.net xəbər verir ki, ölkənin şimal-şərqindəki Tamaulipas əyalətində 29 dekabr 2020-ci ildə ölkəyə daxil olan bir vətəndaşda infeksiyanın sürətlə yayılan növünə rast gəlinib.
Əyalətin Səhiyyə üzrə baş katibi Qloriya Molina Qamboa xəstənin 56 yaşlı kişi olduğunu açıqlayıb.
Qeyd edək ki, pandemiya ərzində Meksikada 1 milyon 524 min 36 nəfər infeksiyaya yoluxub, 133 min 204 nəfər ölüb.
Koronavirusun Britaniya ştammı dünyanın bir çox ölkəsinə yayılıb. Azərbaycanın sərhəd qonşuları İran və Gürcüstanda da rast gəlinib. (publika.az)