Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2021 23:24
ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabını blokladıqdan sonra Tvitterin səhmləri ABŞ-dakı hərraclarda təxminən 4 % ucuzlaşıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Tvitterin səhmləri 49,54 ABŞ dolları həcmində ticarət olunub ki, bu da öncəki günün bağlanış qiyməti ilə müqayisədə 3,77%-lik azalma deməkdir.
Xatırladaq ki, bundan əvvəl Tvitter rəhbərliyi şiddətə təhriketmə riski səbəbindən Trampın hesabına girişi yasaqlayıb. Bundan sonra Trampın seçki qərargahının hesabı bloklanıb. Bütün bunlardan öncə isə ABŞ-ın hazırkı Prezidentinin Feysbuk, Instagram, Twitch, Snapchat səhifələri bloklanmışdı.