Tarix: 16 Iyul 2019 23:16
“Fənərbaxça”nın 4 gənc futbolçusu "Rizəspor"a keçib.Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rizə təmsilçisi Tarık Çetin, Burak Albayrak və Mahsun Çapkanın transfer hüququna yiyələnibsə, Oğuz Kağanı 1 illik icarəyə götürüb.
Sözügedən futbolçular bir neçə gün əvvəl "Rizəspor"dan transfer edilən kosovolu hücumçu Vedat Muriqinin əvəzinə qarşı tərəfə verilib.
İstanbul klubu ötən həftə “Ümraniyəspor”dan aldığı Yasir Subaşını isə “Kayserispor”a satdığını açıqlayıb.