Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 08:18
İngiltərə Premyer Liqasında 18-ci turun oyunları davam edir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "Mançester Siti" bu turda "Brayton"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
16-cı turdan təxirə salınmış "Tottenhem" - "Fulhem" görüşü də (1:1) bu gün keçirilib.
13 yanvar
"Mançester Siti" - "Brayton" 1:0
Qol: Foden, 44.
16-cı turun oyunu
"Tottenhem" - "Fulhem" - 1:1
Qollar: Keyn, 25 - Kavalyero, 74
Qeyd edək ki, bu nəticələrədn sonra "Mançester Siti" 32 xalla 3-cü, "Tottenhem" 30 xala 6-cı, "Brayton" 14 xalla 17-ci, "Fulhem" 12 xalla 18-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 36 xalla "Mançester Yunayted" başçılıq edir. "Liverpul" 33 xalla 2-cidir.