Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya dövründə müraciət olmadan ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı açıqlanıb

Pandemiya dövründə müraciət olmadan ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı açıqlanıb

Tarix: 14 Yanvar 2021 11:08

Bakı. Samir Əli - Trend:

Pandemiya dövründə əlavə müraciət olmadan ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı açıqlanıb.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, ötən il ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı 59963 olub:

“25385 Gürcüstan, 23583 Rusiya, 3626 Türkiyə, 1736 Ukrayna, 835 Pakistan vətəndaşının, digər ölkələrdən isə 4795 nəfərin Azərbaycanda yaşaması leqallaşdırılıb”.


Etiketlər:  Pandemiya dövründə müraciət olmadan ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ