Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində pilotsuz avtomobillər üçün nəzərdə tutulan ''ağıllı yol'' sınaqdan keçirilir

Çində pilotsuz avtomobillər üçün nəzərdə tutulan ''ağıllı yol'' sınaqdan keçirilir

Tarix: 14 Yanvar 2021 14:24

Bakı. Orxan Nəbiyev - Trend:

"Huawei" şirkəti Çinin şərqindəki Tszyansy əyalətində "ağıllı yol" layihəsini sınaqdan keçirir.

Trend-in məlumatına görə, 4 kilometr uzunluğundakı hissə pilotsuz avtomobillərin hərəkəti üçün nəzərdə tutulub.

Sınaq çərçivəsində həmin yolda özü idarə olunan avtobuslar hərəkətə edir. Avtobuslar təkcə öz sistemi tərəfindən idarə olunmur. Nəqliyyat vasitələri həm də yolboyunca yerləşdirilən radar, kamera və digər avadanlıqlardan yolun vəziyyəti barədə məlumat əldə edir.

Beləliklə, "ağıllı yol" daim pilotsuz avtomobillə əlaqədə olur.

Qeyd edək ki, Çin hökuməti 2025-ci ilədək yollarda avtomatik idarə olunan avtomobillərin sayını artırmağı planlaşdırır.


Etiketlər:  Çində pilotsuz avtomobillər üçün nəzərdə tutulan ağıllı sınaqdan keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ