Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 16:14
Dağıstanda güclü külək səbəbindən, demək olar ki, 53 minə yaxın əhali işıqsız qalıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb.
"Əlverişsiz hava şəraiti səbəbindən 6-10 kV-lik paylayıcı şəbəkələrdə fasilələr yaşanır",- məlumatda qeyd olunub.
Təxminən 52,800 nəfərin yaşadığı Tsumadinski, Kasumkent və Qunibski rayonlarındakı 118 yaşayış məntəqəsi işıqsız qalıb.
Qeyd edilib ki, problem 172 nəfərlik işçi heyəti və 69 texnika tərəfindən aradan qaldırılır.