Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 16:32
Bakı. Orxan Nəbiyev - Trend:
Koronavirusun yeni növü Avropanın 25 ölkəsində aşkar edilib.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge brifinq zamanı deyib.
O bildirib ki, 2020-ci il ərzində Avropa ölkələrində 26 milyondan çox koronavirusa yoluxma qeydə alınıb, 580 mindən çox şəxs vəfat edib:
"Təkcə son 7 gün ərzində 1,8 milyon yoluxma qeydə alınıb. 2021-ci ilin əvvəlində ÜST-ün Avropa regionunda 280 milyondan çox sakin tam karantin rejimindədir".
H.Klüge əlavə edib ki, hazırda ÜST-ün Avropa regionunda 31 ölkədə vətəndaşların peyvəndləməsinə başlayıb.