Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 17:06
Bir müddət əvvəl konsert verən ifaçı Rafet El Romana fanatlarından biri yaxınlaşaraq səsinə qulaq asıb qiymət verməsini istəyib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, pərəstişkarının istəyini yerinə yetirən Rafet onun ifasını bəyənməyib və səsinin çox pis olduğunu deyib. Daha sonra qızın sevgilisi müğənniyə şantaj və təhqir dolu mesajlar yazmağa başlayıb. Belə olan halda sənətçi həmin adamı məhkəməyə verib.
İrəli sürülən şikayət ərizəsində Rafetə qarşı nalayiq sözlər yazıldığı qeyd edilib. Buna görə də El Roman onu təhqir edən şəxsin 4 il müddətinə həbs edilməsini istəyib.