Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 17:22
Bakı. İlhamə İsabalayeva - Trend:
İCESCO-nun texniki missiyasının tərkibinə yalnız üzv deyil, qeyri-üzv ölkələrin də nümayəndələrinin daxil olmasına çalışacağıq.
Trend-in məlumatına görə, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, İCESCO-nun texniki missiyasının səfər tarixini indi demək çətindir. Çünki bunun üçün namizədlər müəyyən edilməlidir: "Növbəti həftənin sonunda bununla bağlı ekspertlər təyin edəcəyik. Ümid edirik ki, fevralın sonunda texniki missiya səfər etməyə müvəffəq olacaq. Komandanın səfərindən sonra hesabatın hazırlanması çox zaman aparmayacaq".
Mədəniyyət naziri Anar Kərimov isə bildirib ki, işğaldan azad edilmiş ərazilərimiz minalardan tam deyil, qismən belə təmizləndikdən sonra bu cür missiyanı təşkil etmək olar: "Biz çalışacağıq ki, bu missiyanı tez həyata keçirək".