Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" Messisiz ardıcıl 10 oyundur uduzmur

Tarix: 14 Yanvar 2021 17:42

"Barselona" kapitanı Lionel Messi olmadan ardıcıl 10 matçdır məğlub olmur.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Opta Sports" məlumat yayıb. Kataloniya klubu son olaraq dünən İspaniya Superkubokunun yarımfinalında "Real Sosyedad"la görüşdə argentinalı hücumçu oynamadan qələbə qazanıb (əsas vaxt - 1:1, penaltilər seriyası - 3:2). Bundan əvvəl Messinin meydana çıxmadığı 9 görüşündə 7-də isə "Barselona" qələbə qazanıb, 2-də heç-heçə edib.

Qeyd edək ki, Messi zədə səbəbindən Superkubokun final qarşılaşmasını da buraxa bilər.

Milli.Az


Etiketlər:  Barselona Messisiz ardıcıl 10 oyundur uduzmur


RƏYLƏR