Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İbtidai sinif müəllimi olmaq istəyən daha 3280 namizəd imtahan verir

İbtidai sinif müəllimi olmaq istəyən daha 3280 namizəd imtahan verir

Tarix: 17 Iyul 2019 10:00

Bakı. Trend:

İyulun 17-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. Bu gün keçirilən imtahanlarda ibtidai sinif müəllimi olmaq istəyən namizədlər iştirak edir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, imtahana 3280 namizədin qatılacağı gözlənilir.

Qeyd edək ki, iyulun 16-da keçirilən ibtidai sinif müəllimliyi üzrə müəllimlərin işə qəbulu imtahanlarında 2 881 namizəd iştirak edib. Namizədlər arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Aysel Məmmədova və Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Sara Xəlilova 58 bal toplayaraq yüksək nəticə əldə ediblər.

İmtahanlar iyulun 24-dək davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İbtidai sinif müəllimi olmaq istəyən daha 3280 namizəd imtahan verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ