Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BİP tətbiqi WhatsApp-a qalib gələ bilərmi? - TEXNOLOJİ SAVAŞ

BİP tətbiqi WhatsApp-a qalib gələ bilərmi? -  TEXNOLOJİ SAVAŞ

Tarix: 14 Yanvar 2021 20:24

"Web Axtarış" xüsusiyyəti sayəsində BiP istifadəçiləri telefon söndürülsə də internet üzərindən səsli və video zənglər edə bilər. Digərlərindən fərqli olaraq, BiP tətbiqini kompüter və planşet vasitəsilə istifadə edənlər də belə zənglərdən istifadə etmə imkanına malikdir.

Milli.Az ted.az-a istinadən bildirir ki, istifadəçilər batareyada enerji olmadığı zaman və ya telefonları söndürüldükdə belə internet üzərindən bu yenilikdən yararlana, fövqəladə hallarda BiP vasitəsilə fasiləsiz rabitə əldə edə bilərlər.

Dünyanın 192 fərqli ölkəsində, 40 milyondan çox istifadəçisi olan BİP bənzər tətbiqlərlə qlobal ölçüdə rəqabət aparır.

Qeyd edək ki, tətbiq rəqiblərindən fərqli olaraq, 106 fərqli dildə sürətli tərcümə xüsusiyyəti, itirilmiş mesajlaşma, 10 nəfərə qədər qrup video zəngləri, mesaj göndərmə sürəti ilə etibarlı pul köçürmələri kimi üstünlüklərə malikdir.

Milli.Az


Etiketlər:  BİP tətbiqi WhatsApp a qalib gələ bilərmi TEXNOLOJİ SAVAŞ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ