Tarix: 25 Aprel 2019 22:52
"Roma" mövsümün sonunda Antonio Konteni komandaya dəvət etmək istəyir.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, yaytaxt klubu 49 yaşlı məşqçiyə illik 9,5 milyon avro maaş ödəməyə hazırdır.
Klub rəsmilərinin italiyalı çalışdırıcı ilə görüşərək müzakirələr apardığı bildirilir.
Qeyd edək ki, Antonio Konte ötən yay "Çelsi"dən ayrıldıqdan sonra işsizdir.