Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 08:18
İspaniyanın Dövlət Sığorta Xidmətinin məlumatına görə, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə hər gün orta hesabla 122 şirkət bağlanır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 2020-ci il ərzində İspaniyada 44 759 şirkət iqtisadi problemləri həll edə bilməyib, söhbət əsasən kiçik və orta biznesdən gedir.
Ötən il dekabrın sonuna olan vəziyyətə görə, ölkədə 1 295 656 şirkət fəaliyyət göstərirdi. Bu, 2015-ci ilin sonundan etibarən ən aşağı göstəricidir. "Credit Suisse" maliyyə konqlomeratının analitikləri ispan iqtisadiyyatının böhrandan əvvəlki səviyyəyə qaytarılması üçün dörd il vaxt lazım olacağını proqnozlaşdırırlar.