Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 11:18
Bakı. Ceyhun Ələkbərov - Trend:
Vətəndaşların karantin rejiminə ciddi əməl etməsi koronavirusa yoluxma hallarının qarşısını aldı.
Trend-in məlumatına görə, bunu baş infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, artıq sağalanların sayı yoluxanların sayını xeyli üstələyib və o cümlədən aktiv xəstələrin sayında da ciddi azalma var:
“Yoluxmanın pik vaxtlarında aktiv xəstə sayı 62 mindən yuxarı idisə, bu gün artıq 10 min ətrafındadır. Eyni zamanda test sayına görə yeni yoluxanların faiz baxımından azalması da dinamikanın müsbət istiqamətdə olmasından məlumat verir”.
Baş infeksionist qeyd edib ki, müsbət tendensiyanın əsas səbəblərindən biri maarifləndirmə işlərinin düzgün aparılmasıdır:
“Karantin rejimi sərtləşdirildikdən sonra, insanlar ən sadə qaydalara belə ciddi yanaşdılar. Eyni zamanda şəxsi təcrübə də çoxalıb. İnsanların ətrafındakılar bu infeksiyaya yoluxduqca, onlar xəstəliyin nə qədər ciddi olduğunu başa düşdülər”.