Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı TƏKLİFLƏR var

İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı TƏKLİFLƏR var

Tarix: 15 Yanvar 2021 15:27

Bakı. İlhamə İsabalayeva – Trend:

İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir, amma hazırkı pandemiya dövrü bizi təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

Onun sözlərinə görə, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb. Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək: “Əslində, keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Ən vacib məsələ odur ki, bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi. Pandemiya şəraitində yazılı imtahanlar olsa da imtahanlar əsasən şifahi formaya keçib. Pandemiyadan sonra – bəlkə yaz, bəlkə də daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik”.


Etiketlər:  İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı TƏKLİFLƏR var


RƏYLƏR