Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 15:45
Bakı. İlhamə İsabalayeva – Trend:
Distant dərslərdə sui-istifadə hallarına yol verən müəllimlər var. Həmin müəllimlərin müqavilələrinin uzadılması zamanı bu məsələ nəzərə alınacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov “Pandemiya şəraitində tədrisin və imtahanların təşkili” mövzusunda keçirilən onlayn tədbirdə deyib.
O bildirib ki, distant dərslərə qoşula bilməyən müəllimlərin qeydiyyatı aparılır:
“Biz bu faktlar üzrə qeydiyyat aparırıq. Seçikilər və qeydiyyatlar zamanı bu amil nəzərdə alınacaq. Bəzi tələbələr də yaranmış vəziyyətdən sui-istifadə edirlər. Amma bu, ən çox onların kadr kimi yetişməsində özləri üçün problem yaradacaq”.