Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avstraliya açıq çempionatına vəsiqə qazandı, "körpə" adlandırıldı - FOTOSESSİYA

Avstraliya açıq çempionatına vəsiqə qazandı,

Tarix: 15 Yanvar 2021 15:56

Fevralın 8-də start götürəcək tennis üzrə Avstraliya açıq çempionatına vəsiqə qazanan son idmançılar bəlli olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, təsnifat mərhələsini uğurla adlayanlar sırasında yerli tennisçi Bernard Tomiç də yer alıb.

Avstraliyalı raketka ustası "Böyük dəbilqə"nin 2021-ci ildəki ilk turnirinə vəsiqə qazanması münasibətilə çoxsaylı təbriklər alıb. Tomiçin uğuruna sevgilisi Vanessa Syerra da biganə qalmayıb.

Model öz instaqram səhifəsində Bernardla bağlı paylaşım edib. Vanessa ona təbriki sosial şəbəkə vasitəsilə çatdırıb: "Raketkanın bəzi xüsusi gücləri var. Körpəmi Avstraliya açıq çempionatına yüksəlməsi münasibətilə təbrik edirəm".

Qeyd edək ki, karyerası ərzində ATP-nin 4 turnirinin qalibi olan Tomiç 2011-ci ildə Uimbldonda 1/4 finala yüksəlib.

Milli.Az


Etiketlər:  Avstraliya açıq çempionatına vəsiqə qazandı körpə adlandırıldı FOTOSESSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ