Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2021 10:00
İran hökuməti tərəfindən Xəzər dənizi və Fars körfəzi sahillərinə səyahətlərin artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın verdiyi məlumata görə, İran Koronavirusla Mübarizə İdarə heyətinin sədri Əli Rza Rəisi epidemiyanın azalmasından sonra insanların qaydalara riayyət etmədiklərini deyib.
"Tədbirlərə əməl edilmədiyi təqdirdə, epidemiyanın dördüncü dalğası fevral ayının ortalarında görülə bilər. Baş verən hər dalğa 8-10 min arası ölüm hadisələrinə səbəb olur. Karantin qaydalarına riayyət olunmasa, yenidən qaydalar daha da sərtləşdirilə bilər", - Rəisi bildirib.
İranda son sutkada 96 nəfər ölüb, ümumilikdə ölüm sayı 56,717-ə yüksəlib.
Qeyd edək ki, İranda noyabr ayında günlük ölüm sayı 500-ə çatmışdı. Ölüm və yoluxma sayının artması səbəbi ilə İran hökuməti karantin qaydalarını bir çox əyalətlərdə sərtləşdirmişdi.