Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2021 17:18
Bakı. Trend:
Türkiyə sahillərində batan Rusiya yük gəmisinin heyət üzvlərindən ölənlərin sayı dördə yüksəlib.
Trend-in məlumatına görə, bu barədə yerli səlahiyyətlilər bildirib.
Xatırladaq ki, 12 nəfər ekipajdan 6-sı Türkıyə tərəfindən xilas edilib.
XXX
16:44
Qara dənizdə batan Rusiya yük gəmisinin heyətindən 6 nəfər Türkıyə tərəfindən xilas edilib.
Trend-in məlumatına görə, bu barədə Bartın vilayətinin qubernatoru bildirib.
Bildirilir ki, daha iki nəfərin meyiti sudan çıxarılıb. Ümumilikdə gəmidə 12 nəfər olub.
XXX
15:02
Qara dənizin Türkiyə sahillərində Rusiyanın yük gəmisi batdı.
Hadisə Bartın vilayəti bölgəsində baş verib. Hadisənin təfərrüatları barədə xəbər verilməyib.
Bildirilir ki, Türkiyə tərəfi 15 ekipaj üzvünü xilas etmək üçün əməliyyat keçirəcək.