Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi qərarı özü verəcək

Messi qərarı özü verəcək

Tarix: 17 Yanvar 2021 15:38

"Barselona"nın baş məşqçisi Ronald Kuman hücumçu Lionel Messinin vəziyyətindən danışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, İspaniya Superkubokunun finalında "Atletik"lə görüşdə iştirakının sual altında olan argentinalı oyunçu ilə bağlı deyib:

"Dünən fərdi olaraq məşq etdi və bu gün necə hiss etdiyini görəcəyik. Qərarı özü verəcək, bədənini bilir. Gözləyək görək, hansı vəziyyətdə olacaq. Onun matçda iştirak edəcəyinə ümid edirik.

Leo meydanda olsa, komanda daha güclüdür və qazanmaq üçün daha çox fürsətimiz var. Ancaq orada olmasa, "Barselona" yenə də öz futbolunu oynamağa çalışacaq. Yüz faiz hazır olmalıdır, bu mövsümün son oyunu deyil".

Qeyd edək ki, final görüşü bu gün saat 24:00-da başlayacaq.

Xatırladaq ki, Messi zədə səbəbindən Superkubokun yarımfinal oyununu buraxıb.

Milli.Az


Etiketlər:  Messi qərarı özü verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ