Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəhram Bağırzadə Bakının qədim kəndi haqda: “Özümü Avropa şəhərində hiss etdim” - FOTO

Bəhram Bağırzadə Bakının qədim kəndi haqda: “Özümü Avropa şəhərində hiss etdim” - FOTO

Tarix: 17 Yanvar 2021 19:05

Əməkdar artisti Bəhram Bağırzadə Bakının qədim kəndlərindən biri olan Bibiheybətdə olub.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, əməkdar artist kənddə gördüyü mənzərələri sosial şəbəkədə bu cür qeyd edib:

"Bu gün səhərimi qədim tarixi olan şəhərin mərkəzinin yaxınlığında yerləşən Bibiheybət kəndində azan səsi ilə açdım. İlk Bibiheybət məscidini ziayrət etdim. Daha sonra kəndlə tanışlığa başladım. Kəndin sakinləri Federiko Fellininin "Amarkord " filminin qəhrəmanlarını xatırlatdı. Kəndin ab-havası məni valeh etdi.

Bir anlıq özümü Avropanın dənizkənarı şəhərlərində hiss etdim".

Bəhram Bağırzadə Bibiheyətdə görülən işləri çox bəyəndiyini bildirib: "Bibiheybəti gəzdikcə görülmüş işlərlə baxdım. Yenilənmiş evlərin fasadları, tavanları, yeni salınmış meydançalar, meynə talvarları, divar rəsmləri, Bibiheybətin tarixini xatirladan heykəllər məni çox sevindirdi. Cənab Prezdentin tapşırığı ilə bu gün Səbail rayon İcra Hakimyyəti, "Bakı Abadlıq" MMC tərəfindən görulən işlər hələ davam edir.

Layihədə memar İnarə Əzimzadə, rəssam Elxan Əliyev, heykəltaraş İlham Səfərli və digər yaradıcı insanlar iştirak ediblər. Mən arzulayıram ki, bu layihənin davamını Bakının digər 30 kəndində və Azərbaycanın hər bir bölgəsində görüm".


Etiketlər:  Bəhram Bağırzadə Bakının qədim kəndi haqda Özümü Avropa şəhərində hiss etdim FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ