Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şəbnəm, Vəfa, Pünhan mahnılarımı pis günə qoyublar''

''Şəbnəm, Vəfa, Pünhan mahnılarımı pis günə qoyublar''

Tarix: 28 Oktyabr 2025 21:55

Dillər əzbəri olan saysız mahnının müəllifi və ilk ifaçısı Tağı Salehoğlu sərt açıqlamalar verib.

Sonxeber.net xəbər verir ki, o, "Öz aramızda" verilişində mahnılarını ifa edən müğənnilərin ifalarını bəyənmədiyini və həmin mahnıları korladığını bildirib.

"Zeynəb, Nəfəs, Pünhan, Şəbnəm Tovuzlu mahnılarımı oxuyublar. Mən o mahnıları elə oxumamışam. Hərə özünə uyğun mahnı seçim etməldir. Musiqinin müəlliflərini qeyd etmək lazımdır. Dəyişib ifa edirlər, sözlər, ritim - hər şey bir-birinə uyğun olmalıdır. Məni tanıyırlar, toylarda bir yerdə olmuşuq".

Qeyd edək ki, T. Salehoğlu "Nazlı nigarım", "Ay etibarsız", "Əmiqızı", "Bal dodağından", "Tormoz Hüseyn", "Gülpəri", "Aman dağlar" və s. mahnıların müəllifi və ilk ifaçısıdır.


Etiketlər:  Şəbnəm Vəfa Pünhan mahnılarımı günə qoyublar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ