Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 15:10
Çox həyəcanlıyam, çünki mən hər zaman "Fənərbağça" azarkeşi idim. Bir xəyal təkcə klub üçün yox, mənim üçün də gerçəkləşir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Fenerbağça"nın yeni transferi Mesut Özil İstanbul təmsilçisinin rəsmi telekanalına açıqlamasında deyib.
"Arsenal"dan "Fənər"ə keçən 33 yaşlı yarımmüdafiəçi yeni komandasının formasını geyinəcəyi üçün həyacanlı olduğunu bildirib: "Ümid edirəm ki, komanda yoldaşlarımla birlikdə uğur qazana biləcəyik. Həyəcanlıyam, başqa nə isə demək istəmirəm. İnanıram ki, hər şey yaxşı olacaq. Xeyirli olsun. Azarkeşlərin dəstəyinə görə təşəkkür edirəm. Onlar məni hər zaman dəstəklədilər. "Fənərbağça" böyük klubdur. Çox xoşbəxtəm, azarkeşlərə təşəkkürümü meydanda qaytaracağam".
Qeyd edək ki, Mesut Özil 2013-ci ildən "Arsenal"da çıxış edirdi. Onun yeni klubu ilə 3.5 illik müqavilə imzalayacağı gözlənilir.