Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 17:24
“Honor” şirkətinin ABŞ sanksiyalarını aradan qaldırması nəticəsində onun smartfonlarına “Google” servisləri yenidən quraşdırılacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, 2021-ci ilin yazında təqdim ediləcək yeni “Honor” smartfonlarına “Huawei AppGallery” əlavələr mağazası quraşdırılmayacaq. Bunun əvəzinə, onlar 2019-cu ildə tətbiq edilən ABŞ sanksiyaları səbəbindən ləğv edilən bütün “Google” servisləri ilə təchiz ediləcək.
2020-ci ilin noyabrında “Huawei” şirkəti “Honor” subbrendini Çinin “Shenzhen Zhixin New Information Technology Co” adlı digər konsorsiumuna satıb. Sazişin dəyərinin 15 milyard dollar təşkil edərək, “Honor”un “Huawei” şirkətinə tətbiq edilən məhdudiyyətlərdən yan keçərək fəaliyyət göstərməsi məqsədilə həyata keçirildiyi ehtimal olunur. “Shenzhen Zhixin New Information Technology” konsorsiumuna Çinin təxminən 30 diler və investisiya şirkəti daxildir. Həmçinin “Honor” səhmdarları sırasında Şençjen hökuməti tərəfindən yaradılan “ağıllı” evlərin inkişafı üzrə müəssisə yer alıb.
2019-cu ilin mayında ABŞ Prezidenti Donald Tramp “Huawei” şirkətini “qara siyahı”ya daxil edib. Bu səbəbdən Çin istehsalçısının ABŞ-ın “Google”, “Microsoft” və s. şirkətləri ilə əməkdaşlığı dayandırılıb. O vaxtdan “Huawei” smartfonlarına “Android” əməliyyat sisteminin “Google” servisləri olmayan xüsusi versiyası quraşdırılır.
Nizam Nuriyev