Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mançester Yunayted"dən darmadağın

Tarix: 17 Iyul 2019 17:36

Avstraliyada təlim-məşq toplanışında olan "Mançester Yunayted" bu gün yoxlama oyunu keçriib.

Qol.az xəbər verir ki, "mankunyanlar" digər İngiltərə klubu - Çempionşip təmsilçisi "Lids"lə qarşılaşıb. Görüş "MY"-nin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Mayson Qrinvud (7), Markus Reşford (27), Fil Cons (46) və Antoni Marsial (69) vurub.

Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqada son mövsümü 4-cü pillədə başa vurub. "Lids" isə Çempionşipi 3-cü yerdə tamamlayıb.
 


Etiketlər:  Mançester Yunayteddən darmadağın


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ