Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messinin cəzası açıqlandı

Messinin cəzası açıqlandı

Tarix: 19 Yanvar 2021 18:18

İspaniya Superkubokunda "Atletik"lə final matçında (2:3) meydandan qovulan "Barselona"nın kapitanı Lionel Messinin cəzası bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu 2 oyunluq cəzalandırılıb. Beləliklə, Leo ağır cəzadan xilas olub.

33 yaşlı futbolçu İspaniya kubokunda "Kornella" və La Liqada "Elçe" ilə görüşləri buraxacaq.

Qeyd edək ki, Messi görüşün bitməsinə bir dəqiqə qalmış meydandan qovulmuşdu. Rəqibi vurduğu üçün qırmızı vərəqə alan futbolçunun 12 oyuna qədər cəzalandırıla biləcəyi xəbərləri yayılmışdı

Milli.Az


Etiketlər:  Messinin cəzası açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ