Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada qlükoza sensoruna malik ilk “ağıllı” saat nümayiş etdirilib

Dünyada qlükoza sensoruna malik ilk “ağıllı” saat nümayiş etdirilib

Tarix: 19 Yanvar 2021 21:56

Elektronika istehsalçıları CES istehlak sərgisində yalnız hazır texnoloji həllər deyil, həm də müxtəlif qurğuların prototipini təqdim edirlər. Məsələn, Yaponiyanın "Quantum Operation" startapı qandakı qlükozanın səviyyəsinin qeyri-invaziv monitorinqi funksiyasına malik qeyri-adi "ağıllı" saat modelini nümayiş etdirib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Quantum Operation" startapının bəyanatına görə, təqdim edilmiş qurğu istifadəçinin dərisini deşmədən onun qanındakı şəkərin səviyyəsini dəqiq ölçmək və ona nəzarət etmək qabiliyyətinə malikdir. Bunun üçün "ağıllı" qurğunun sahibi qurğunun menyusundan müvafiq bəndi seçir və 20 saniyədən sonra nəticə hazır olur. Məlumata görə, cihaz qeyri-invaziv ölçmə üçün Raman spektroskopiyası metodunu tətbiq edir.


Etiketlər:  Dünyada qlükoza sensoruna malik ağıllı saat nümayiş etdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ