Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmmunitetin möhkəmləndirilməsi üçün su qəbul edilməsi mühüm şərtdir

İmmunitetin möhkəmləndirilməsi üçün su qəbul edilməsi mühüm şərtdir

Tarix: 20 Yanvar 2021 22:27

Təkcə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı deyil, digər infeksion xəstəliklərə qarşı mübarizədə immunitet sisteminin güclü olması çox əhəmiyyətli rol oynayır. İmmunitet sistemi fərdi xarakter daşısa da, onun gücləndirilməsi mümkündür. Bu sahədə mövsümü meyvələrlə qidalanmaq və gün ərzində çoxlu maye qəbul etmək əhəmiyyətli rol oynayır.

Sonxeber.net bildirir ki, həkim-terapevt Sübhan Hacıyev su qəbulu qaydaları barədə AZƏRTAC-a məlumat verərək deyib: "Hər kəs öz bədən çəkisini 0,5-ə vurmaqla alınan rəqəmin onun mayeyə olan tələbatını öyrənə bilər. Məsələn, çəkisi 80 kiloqram olan insan gün ərzində 4 litr maye qəbul etməlidir. Yaxşı olar ki, onun 2 litri təbii su, qalanı isə qəbul edilən duru yeməklər, içilən çay və mayelərdən ibarət olsun. Ən azı mayenin 50 faizinin təbii su olması mütləq şərtdir".

"Lakin həddindən çox ifrata da varmaq olmaz, çünki su intoksikasiyası deyilən bir anlayış da var. Suyu qədərindən çox içmək ona qarşı ikrah hissi, ürəkbulanma yaradır və o yerə gəlib çıxır ki, su qəbul edilməsi tamamilə dayandırılır. Suyun yaratdığı köp, mədə-bağırsaq traktının pozulması, ishal və s. hallar olur. Ona görə də bunları nəzərə almaq lazımdır", - deyə həkim-terapevt əlavə edib.


Etiketlər:  İmmunitetin möhkəmləndirilməsi üçün qəbul edilməsi mühüm şərtdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ