Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2019 08:20
Bakı. Trend:
Birləşmiş Ştatlar Özbəkistanda həyata keçirilən islahatları alqışlayır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Çon Bolton Özbəkistan XİN rəhbəri Əbdüləziz Kamilovnan görüşündən sonra "Twitter"də yazıb.
C.Bolton bildirib: "Bu gün Özbəkistanın xarici işlər naziri Kamilov ilə gözəl görüş keçirdim. Biz ümumi maraqların geniş spektrini, həmçinin bizim əməkdaşlığımızın inkişafının effektiv yollarını müzakirə etdik. Biz Özbəkistanda həyata keçirilən islahatları və onların bütün Mərkəzi Asiyaya müsbət təsirini alqışlayırıq və ABŞ-Özbəkistan əməkdaşlığının dərinləşəcəyinə ümid edirik".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin