Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2021 18:36
Bakı. Trend:
Bakıda 8 prokurorluq əməkdaşı cəzalandırılıb, 1-i vəzifəsindən azad edilib.
Trend-in məlumatına görə, bu barədə Bakı şəhər prokuroru İlqar Abbasov Bakı şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirib.
Qeyd edilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.
Belə ki, ötən il ərzində Baş Prokurorluq üzrə müvafiq əmrlərlə şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 8 nəfər intizam məsuliyyətinə cəlb edilib, onlardan 1 nəfər tutduğu vəzifədən azad olunub, 5 nəfərə töhmət elan edilib, 1 nəfərə irad tutulub, 1 nəfər rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric olunub.