Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəza zamanı hadisə yerini tərk edən sürücü bu halda inzibati məsuliyyətə cəlb edilməyəcək – Qaydalar dəyişir

Qəza zamanı hadisə yerini tərk edən sürücü bu halda inzibati məsuliyyətə cəlb edilməyəcək – Qaydalar dəyişir

Tarix: 22 Yanvar 2021 10:58

Bakı. Elçin Mehdiyev - Trend:

Avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün qanuna dəyişiklik edilir.

Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək.

Dəyişikliyə görə, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.


Etiketlər:  Qəza zamanı hadisə yerini tərk edən sürücü halda inzibati məsuliyyətə cəlb edilməyəcək Qaydalar dəyişir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ